• cümə, 29 Mart, 09:14
  • Baku Bakı 5°C

İspaniya rüsvayçı hesabla darmadağın oldu

14.06.14 08:03 1056
İspaniya rüsvayçı hesabla darmadağın oldu
Apasport.az saytının məlumatına görə, qrupun favoritləri olan İspaniya Hollandiya ilə qarşılaşib.
Bu qarşılaşma prinsipiallığı ilə də diqqət mərkəzində olub. Belə ki, bu komandalar 2010-cu ildə CAR-da keçirilən DÇ-nin finalında üz-üzə gəlib. İspaniya həmin görüşdə “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın əlavə vaxtda vurduğu yeganə qol ilə qalib gəlməklə ilk dəfə mundial qalibi adını qazanmışdı.
Braziliyada keçirilən mundialda isə ispanlar acı məğlubiyyətlə üzləşiblər. Hesabı İspaniya millisi açsa da, Hollandlar tez bir zamanda toparlanaraq, rəqibin qapısından 5 top keçiriblər. Bu toplardan ikisini Robin van Peri, ikisini isə Arien Robben vurub.
B qrupunun digər görüşündə isə Çili və Avstraliya qarşılaşacaq. Bu 2 komanda az da olsa qrup ikinciliyinə ümid bəsləyir. Hər 2 yığma indiyədək 4 dəfə üz-üzə gəlib. Çili 3 qələbə qazanıb, 1 görüşdə heç-heçə olub. Top fərqində cənubi amerikalılar 6:1 üstündür.
Günün son matçı C qrupunda baş tutacaq. Kolumbiya Yunanıstanla gücünü sınayacaq. Bu qrupda konkret favorit olmadığı üçün ilk görüşdə qələbə qazanan tərəf əla üstünlük qazanmış olacaq. Tərəflər indiyədək cəmi 1 dəfə qarşılaşıb ki, onda da Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə rəqibinə qalib gəlib.
14 iyun
A qrupu
İspaniya – Hollandiya - 1:5
Qollar: Alonso, 27 (pen) - Van Persi, 44; 72; Robben, 53; 80; De Vrij, 64
Hakim: Nikola Ritsoli (İtaliya)
Salvador. “Arena Fonte Nova”
İspaniya: 1 Kasilyas, 3. Pike, 6. İnyesta, 8. Xavi, 14. Alonso, 15. Ramos, 16. Serxio, 18. Alba, 19. Kosta, 21. Silva, 22. Azpilisueta.
Baş məşqçi: Vinsent del Boske
Hollandiya: 1 Cillessen, 2. Vlaar, 3. De Vrij, 4. İndi, 5. Blind, 6. De Yonq, 7. Ganmaat, 8. Guzman, 9. Van Persi, 10. Sneyder, 11. Robben.
Baş məşqçi: Lui Van Qal
banner

Oxşar Xəbərlər