• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

İspaniya prezidenti Neymarın “Real”a gəlməsini istəmir

13.02.18 13:05 898
İspaniya prezidenti Neymarın “Real”a gəlməsini istəmir
İspaniya prezidenti Mariano Raxoy Neymarın "Real”a keçəcəyi barədə yayılan söz-söhbətə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Raxo braziliyalının Madridə gəlməsinin əleyhinə olduğunu etiraf edib. O, "Real”ın heyətində olan futbolçuların hələ öz sözlərini tam demədiklərini əsas gətirərək, bu fikirdə olduğunu vurğulayıb:
"Real”ın Neymarı transfer etməsinin vacib olub-olmadığını deyə bilmərəm. Məsələ burasındadır ki, bir müddət əvvəl Ronaldo, Benzema və Beyl komanda üçün olduqca vacib futbolçular hesab olunurdu.
Üstündən bir neçə ay keçəndən sonra onlara şübhə ilə yanaşılır. Mən isə onlara inanıram. Bu futbolçular hələ sön sözlərini deməyiblər. Neymarın "Real”a gəlməsini istəmirəm”.
banner

Oxşar Xəbərlər