• çərşənbə axşamı, 19 mart, 09:09
  • Baku Bakı 8°C

İspaniya La Liqası: "Real Madrid" dördüncü qələbəsini qazanıb

23.09.18 10:31 605
İspaniya La Liqası: "Real Madrid" dördüncü qələbəsini qazanıb
Sentyabrın 22-də İspaniya La Liqasında beşinci turun növbəti oyunları keçirilib.
AZƏRTACxəbər verir ki, "Real Madrid" klubu doğma meydanda Kataloniya təmsilçisi "Espanyol" komandasını qəbul edib. "Santyaqo Bernabeo" stadionunda keçirilən görüş "kral" klubunun minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyundakı yeganə qolu 41-ci dəqiqədə Marko Asensio vurub.
Madrid şəhərinin digər təmsilçisi "Atletiko" səfərdə "Getafe" klubunu 2:0 hesabı ilə məğlub edib. Topu meydan sahiblərinin qapısındanTomas Lemar və David Soria keçiriblər.
Turun digər oyunları belə nəticələnib:
"Hueska" - "Real Sosyedad" - 0:1
"Rayo Vallekano" - "Deportivo Alaves" - 5:1
"Selta Vigo" - "Real Valladolid" - 3:3
"Eibar" - "Leganes" - 1:0.
Hazırda İspaniya çempionatının turnir cədvəlinə beş oyundan 13 xal toplayan "Real Madrid" klubu başçılıq edir. Əzəli rəqibindən bir oyun az keçirən "Barselona” 12 xalla ikinci yerdədir. Kataloniya klubu bu gün doğma meydanda "Girona” ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər