• cümə, 19 Aprel, 04:31
  • Baku Bakı 18°C

İspaniya - İtaliya oyununun baş hakiminin kimliyi açıqlanıb

26.06.13 09:57 1322
İspaniya - İtaliya oyununun baş hakiminin kimliyi açıqlanıb
Apasport.az saytının məlumatına görə, FİFA iyunun 27-də keçiriləcək matçı İngiltərədən olan referi Hovard Uebbə etibar edib.
Bu komandalar rəsmi oyunlarda sonuncu dəfə Avro-2012-nin finalında qarşılaşıblar. Həmin görüşdə İspaniya millisi rəqibini 4:0 hesabı ilə məğlub edərək, qitə birinciliyinə sahib olub.
Qeyd edək ki, Uebb sonuncu dəfə İspaniya yığmasının oyununu Cənubi Afrika Respublikasında keçirilən 2010-cu il dünya çempionatının finalında idarə etmişdi. Hollandiya ilə üz-üzə gələn Pireney təmsilçisi minimal hesabla qalib gələrək, mundialın qalibi adını qazanmışdı.
banner

Oxşar Xəbərlər