• şənbə, 20 Aprel, 10:53
  • Baku Bakı 14°C

İspanı İngiltərədə istefaya göndərdilər

13.03.18 10:35 765
İspanı İngiltərədə istefaya göndərdilər
İngiltərə Premyer Liqasında daha bir məşqçi postundan qovulub.
Kaspi.az xəbər verir ki, "Sautqempton” Mauritsio Pelleqrini ilə yolları ayırıb. Premyer Liqanın 30-cu turunda "Nyukasl”a məğlubiyyətdən sonra (0:3) rəhbərlik ispan mütəxəssisi istefaya göndərib.
Onun köməkçiləri də komandadan ayrılıb. Pelleqrini "Suatqempton”da 2017-ci ilin yayından çalışırdı. Komanda 28 xalla 17-ci pillədə qərarlaşıb və düşmə zonasındadır.
banner

Oxşar Xəbərlər