• cümə, 19 Aprel, 11:27
  • Baku Bakı 13°C

İspan polisi ingilisləri döyüb

16.03.18 10:15 693
İspan polisi ingilisləri döyüb
Çempionlar Liqasının 1/8 finalında keçirilən "Barselona” - "Çelsi” oyunundan sonra insident yaşanıb.
Kaspi.az xəbər verir ki, insidenti "Çelsi” azarkeşləri törədib. Məlumata görə, qarşılaşmadan sonra ingilis fanatlarla ispan polisi arasında qarşıdurma olub.
Polis cavab tədbirləri görmək məcburiyyətində qalıb. İngilis azarkeşlər ispan polisin dubinka zərbələrinə tuş gəlib.
"Çelsi”nin mətbuat xidməti zərərçəkmiş azarkeşlərə müraciət edərək, hadisə barədə kluba məlumat vermələrini xahiş edib. Rəhbərlik araşdırma aparılacağını və insidentin İspaniya hakimiyyətinin diqqətinə çatdırılacağını bildirib.
banner

Oxşar Xəbərlər