• cümə, 19 Aprel, 08:56
  • Baku Bakı 13°C

İspan futbolçu AFFA-dan 500 min avro istəyir

04.07.13 11:39 1401
İspan futbolçu AFFA-dan 500 min avro istəyir
Apasport.az saytının məlumatına görə, buna İspaniya vətəndaşlığı daşısa da, yarı afrikalı, yarı azərbaycanlı olan legionerin tələbi səbəb olub.
İspaniya çempionatının II divizionunda çıxış edən "Mursiya" klubunun yarımmüdafiəçisi olan İsrafilov Azərbaycan millisində yoxlanış üçün mmayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət olunmuşdu. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirmişdi O, bununla əlaqədar yığmamızın Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi.
AFFA atası toqolu, anası azərbaycanlı olan futbolçunun valideynləri və meneceri ilə danışıqları davam etdirib. Onlar İsrafilovun İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan yığmasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib.
Milli komandada hər hansı məbləğ qarşılığında oynamağın yolverilməz olduğunu bildirən AFFA legionerin təklifini qəbul etməyib və bildirib ki, millinin şərəfini qorumaq hər bir idmancı üçün müqəddəs borc hesab olunmalıdır.
AFFA Eddiyə İspaniya millisində dəvət olunmaq məsələsində və gələcək futbolçu karyerasında uğurlar arzulayır.
banner

Oxşar Xəbərlər