• cümə, 26 Aprel, 23:44
  • Baku Bakı 22°C

İsmayıllının daha bir kəndinə təbii qaz verilib

25.03.19 12:55 558
İsmayıllının daha bir kəndinə təbii qaz verilib
Bu günİsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın "Azəriqaz” İstehsalatBirliyindən"Report”a bildirilib ki,bu münasibətlə keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və "Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki,655fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu58min308metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
banner

Oxşar Xəbərlər