• cümə, 29 Mart, 13:43
  • Baku Bakı 14°C

İsmayıllıda uçan körpü ilə bağlı rəsmi Açıqlama

12.09.13 13:16 1340
İsmayıllıda uçan körpü ilə bağlı rəsmi Açıqlama
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-də saat 23.40 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun 3-cü km-də, İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisindəki körpünün üstündən "Shachman" markalı avtomaşın keçərkən körpü uçub. Nəticədə xəsarət alan olmayıb, avtomaşınların hərəkətində Göyçay-Bığır-İvanovka-İsmayıllı yolundan istifadə edilir.
Xatırladaq ki, Trend-in məlumatına görə, sentyabrın 11-də gecə saatlarında Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki körpüdə həddindən artıq yüklənmiş "Shacman" markalı yük avtomobilinin keçməsi nəticəsində birinci aşırımın tirləri sınıb, körpü uçub. Nəqliyyat vasitəsi ikinci aşırıma keçərək oradan asılı vəziyyətdə qalıb. Hazırda avtomobil hələ də körpüdən asılı vəziyyətdədir. Baş verən hadisə nəticəsində körpüdə hərəkət tam dayandırılıb.
Hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə əraziyə Yol İstismar İdarəsinin texnikası cəlb olunub.
Nəqliyyat vasitələrinin hərəkəti üçün Göyçay rayonunun Yekəxana kəndi ərazisindən alternativ yol verilib.
Qeyd edək ki, körpünün ümumi uzunluğu 31 metr, eni isə 7 metrdir.
banner

Oxşar Xəbərlər