• cümə, 29 Mart, 04:20
  • Baku Bakı 7°C

İsmayıllıda quşçuluq ferması yanıb, 10 min quş tələf olub

29.10.17 14:15 1300
İsmayıllıda quşçuluq ferması yanıb, 10 min quş tələf olub
İsmayıllı rayonunda quşçuluq fermasında yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı rayonunun Ağahüseyn Aslanov küçəsində yerləşən quşçuluq fermasında qeydə alınıb.
İsmayıllı rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus ümumi sahəsi 450 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı fermanın bütün ərazisindəki yanar konstruksiyalar yanıb, eləcə də içərisindəki 10 min baş cücə, toyuq və xoruz tələf olub. Yanğın gecə saatlarında baş verdiyi üçün quşları xilas etmək mümkün olmayıb. Sahibkarın sözlərinə görə, yanğın nəticəsində ona 100 min manata yaxın maddi ziyan dəyib. Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər