• çərşənbə axşamı, 16 aprel, 23:13
  • Baku Bakı 18°C

İsmayıllıda qəzada ölən 7 nəfərin və xəsarət alan Britaniya vətəndaşının kimliyi müəyyənləşib

27.09.17 11:40 1344
İsmayıllıda qəzada ölən 7 nəfərin və xəsarət alan Britaniya vətəndaşının kimliyi müəyyənləşib
Ötən gecə İsmayıllı rayonunda iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələri deformasiyaya uğrayıb.
Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsindənAPA-nın yerli bürosuna bildirilib ki, qəzada ölən 7 nəfərin meyiti tanınmaz hala düşüb. Onlardan 3-ün kimliyini hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub.
Məlumata görə, "Opel Zafir” markalı avtomobildə olan şəxslər - Şəki sakini, 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, onun qızları - 1998-ci il təvəllüdlü Rufanə, 2001-ci il təvəllüdlü Turanə, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun oğlanları - 2003-cü il təvəllüdlü Sahib və 2006-cı il təvəllüdlü Cavid aldıqları xəsarətdən hadisə yerində ölüblər.
"Opel Zafira”ya baxış zamanı oradan başqa 3 uşağın - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantası tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların öldüyü qənaətinə gəliblər. Tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti daha sonra tam dəqiqləşdirilib.
"Toyota Prado” nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər