• cümə axşamı, 28 mart, 14:11
  • Baku Bakı 16°C

İsmayıllıda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

02.01.18 11:53 679
İsmayıllıda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Tağlabiyan kəndində qeydə alınıb. Kənd sakini 1967-ci il təvəllüdlü Nizami Canıyev idarə etdiyi "NİVA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı Nizami Canıyev, həyat yoldaşı 1969-cu il təvəllüdlü Elmira Canıyeva, sərnişini 2009-cu il təvəllüdlü Gülay Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər