• şənbə, 20 Aprel, 13:42
  • Baku Bakı 23°C

İsmayıllıda ağır qəza: ölənlər var

04.09.13 15:23 1149
İsmayıllıda ağır qəza: ölənlər var
İsmayıllıda baş verən yol qəzasında iki nəfər ölüb.Trend Fövqəladə Hallar Nazirlyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində "Tavriya" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsidə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində deformasiyaya uğramış minik avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Səfərov Müzəffər Eyvaz oğlu və sərnişin, 1976-cı il təvəllüdlü Musayev Mövlud Muxtar oğlunun sıxılmış meyitləri yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alət və avadanlıqlardan istifadə olunmaqla çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
banner

Oxşar Xəbərlər