AZE | RUS | ENG |

İsmayıllıda 28 min 391 hektarda payızlıq taxıl əkilib

İsmayıllıda 28 min 391 hektarda payızlıq taxıl əkilib
İsmayıllı taxılçıları əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq cari ilin məhsulu üçün payızlıq taxıl səpinini başa çatdırıblar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, taxılçılar 28 min 391 hektarda səpin aparıblar. Əkin sahələrinin 21 min 795 hektarı buğda, 6 min 459 hektarı arpadır. 130 hektarda çovdar əkilib.
Rayonda ən çox səpin daha geniş imkanlara malik olan Qubaxəlilli, Kürdmaşı, Kəlbənd, Hacıhətəmli, Gəraybəyli və bir sıra digər ərazi vahidlərində aparılıb.
Artıq ilkin əkin keçirilən sahələrdə normal çıxış alınıb. Zərərvericilərin müşahidə olunduğu ərazilərdə mübarizə tədbirləri görülür.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805