AZE | RUS | ENG |


İsmail Serageldin: Bakı Forumu artıq beynəlxalq miqyaslı hadisəyə çevrilib

İsmail Serageldin: Bakı Forumu artıq beynəlxalq miqyaslı hadisəyə çevrilib
Dünyanın üzləşdiyi bir çox problemlərin müzakirəsi, onların həlli yollarının araşdırılmasın baxımından Bakı forumunun əhəmiyyəti danılmazdır. Münaqişələr zamanı zor tətbiq etmək, ətraf mühitin çirklənməsi, bir çox cəmiyyətlərdə qadınlara qarşı diskriminasiyanın davam etməsi, azlıqların təcrid olunması və buna bənzər bir çox məsələlər dərindən təhlil edilib dəyərləndirilməlidir.

Bu fikirləri Beşinci Qlobal Bakı Forumu barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin deyib.

Bakı Forumunun artıq beynəlxalq miqyaslı hadisəyə çevrildiyini bildirən İsmail Serageldin tədbirdə hazırkı prezidentlərin iştirakının, onların təkbətək görüşlər keçirməsinin yeni əlaqələrin yaradılması üçün mühüm imkan yaratdığını vurğulayıb: "Bizə inandığına və göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə çox minnətdarıq. Onun ilk gündən bizim Forumun yüksək səviyyədə keçirilməsi üçün göstərdiyi təşəbbüslər əvəzolunmazdır”.

Hər bir münaqişənin həllində fundamental prinsiplərə əməl olunmasının vacibliyinə toxunan İsmail Serageldin güc tətbiqinin yolverilməzliyini, sülhün təmin olunmasının zəruriliyini diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açaraq bildirib ki, problemin həllində BMT-nin qətnamələri əsas götürülməlidir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7014
GBP 1 İngilis funt sterlinqi 2.2116
TRY 1 Türk lirəsi 0.4775
KWD 1 Küveyt dinarı 5.6089
SEK 1 İsveç kronu 0.1960
EUR 1 Avro 1.9152
CHF 1 İsveçrə frankı 1.7506
USD 1 ABŞ dolları 1.7023