• cümə, 19 Aprel, 15:42
  • Baku Bakı 25°C

İşlədiyi bankdan oğurluq planlaşdıran sürücü-inkassatora hökm oxunub

26.10.16 16:44 1279
İşlədiyi bankdan oğurluq planlaşdıran sürücü-inkassatora hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyulunda "Kapital Bank” ASC-nin Abşeron filialında sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib.

Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşı Hamlet Şıxəliyev içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib.

Bu zaman mühafizəçinin üzərindəki xidməti silahı açılıb və güllə onun özünə dəyib.

Mühafizəçi diz nahiyəsindən yaralanıb. Hikmət Əliyev hadisə yerindən qaçıb.

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi saxlayıblar.
banner

Oxşar Xəbərlər