• cümə, 26 Aprel, 18:39
  • Baku Bakı 22°C

İslandiya Tramp-Putin görüşünü təşkil etməyə hazırdır

15.01.17 09:15 854
İslandiya Tramp-Putin görüşünü təşkil etməyə hazırdır
İslandiya Rusiya lideriVladimir Putinvə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında görüş təşkil etməyə hazırdır.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İslandiya XİN rəhbəri Qudlauqur Tor Tordarson bildirib.
Nazir hələlik müvafiq sorğu Reykyavikə təqdim edilməyib.
Qeyd edək ki, "Sunday Times” bundan əvvəl Trampın Putinlə Reykyavikdə görüşmək niyyətində olduğunu bildirib.
Məlumata görə, Putinlə Reykyavikdə baş tutacaq görüş Trampın prezident qismində birinci xarici səfəri olacaq.
Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə "soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.
banner

Oxşar Xəbərlər