AZE | RUS | ENG |


Azərbaycan prezidenti IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib

Azərbaycan prezidenti IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib.

Trend-in məlumatına görə, Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, təqribən 2000 komanda rəsmisi və texniki nümayəndə iştirak edir.

Yarışlar Bakının ən müasir 16 idman meydançasında 21 idman növü üzrə keçirilir (atletika və paratletika, suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvando, tennis, voleybol, ağır atletika, güləş (yunan-Roma, sərbəst və qadın), uşu və zorxana).

Atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır. Qaliblərə 1600 medal təqdim ediləcək.

Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur – 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6695
GBP 1 İngilis funt sterlinqi 2.2668
TRY 1 Türk lirəsi 0.4402
KWD 1 Küveyt dinarı 5.6288
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9994
CHF 1 İsveçrə frankı 1.7164
USD 1 ABŞ dolları 1.7001