• cümə axşamı, 28 mart, 20:02
  • Baku Bakı 13°C

İslamiada: “Zəfər günləri” davam edir

21.05.17 18:23 1093
İslamiada: “Zəfər günləri” davam edir
Mayın 21-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ənənəvi "Zəfər günləri” çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, tədbir atletlərimizin qələbələrini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, İslamiadanın digər günləri kimi, ötən gün – mayın 20-si də atletlərimiz üçün uğurlu olub. Yığmamız mayın 20-də aktivinə 10 medal (3 qızıl, 4 gümüş, 3 bürünc) yazdırıb. İdmançılarımız sərbəst güləş, suyatullanma və zorxana idman növləri üzrə uğurla çıxış edərək Azərbaycana qələbə sevinci yaşadıblar. Yığmamız ümumi komanda hesabında yenə birinci yerdədir. Ç.Hüseynzadə atletlərimizi qələbə münasibətilə təbrik edərək Azərbaycan xalqının ümidlərini doğrultduqlarına, idmansevərlərə qələbə sevinci yaşatdıqlarına görə onlara təşəkkürünü bildirib. O, idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini vurğulayıb. "Bağlanışa bir gün qalıb. İndidən demək olar ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları uğurla yekunlaşmaq üzrədir. Xarici idman mütəxəssisləri də "Bakı-2017”nin indiyədək keçirilən İslam Həmrəyliyi Oyunlarının ən mükəmməli olduğunu bildirirlər”, - deyə MOK-un vitse-prezidenti əlavə edib.
Daha sonra zəfər lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.
MOK-un mayın 14-dən start verdiyi "Zəfər günləri” layihəsi ayın 23-dək davam edəcək.
banner

Oxşar Xəbərlər