• cümə axşamı, 28 mart, 19:48
  • Baku Bakı 13°C

İslamiada: Rəqibimiz Bakıya gətirəcəyi heyəti müəyyənləşdirib

26.04.17 17:22 888
İslamiada: Rəqibimiz Bakıya gətirəcəyi heyəti müəyyənləşdirib
Qadın voleybolçulardan ibarət Qırğızıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi üçün cəmi 9 oyunçu sifariş verib.

Komandanı paytaxtımızda oyunlara Əbdulhəmid Aysahodjiyev çıxaracaq. O, İslamiadada cəmi 3 hücumçunun və 1 liberonun köməyindən istifadə edəcək. Həmçinin qırğızların heyətində 2 toppaylayıcı və 3 blokçu yer alacaq. Bu oyunçuların yarıdan çoxu isə "Salam-Alik” klublarının üzvləridi.

Toppaylayıcılar:Anastasiya İltner, Mədinə Mirlanqızı (hər ikisi "Salam-Alik”);
Hücumçular:Yuliana Morozova ("Dordoy-Namıs”); Nailə Əliyeva ("Salam-Alik”), Altınay Samatqızı ("Ular”);
Blokçular:Marina Qrişayeva, Anastasiya Yevolenko (hər ikisi "Salam-Alik”), Aydana Abdıkadırqızı ("Qorod Oş-Datka”);
Libero:Aliyə Şumkarbekova ("Salam-Alik”);

Qeyd edək ki, İslamiadada Azərbaycan, Qırğızıstan, Türkiyə, Kamerun və Tacikistan mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər