AZE | RUS | ENG |


İslamiada: Qadın həndbolçularımız “Bakı-2017”nin çempionu olublar

İslamiada: Qadın həndbolçularımız “Bakı-2017”nin çempionu olublar
Bu gün  qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
 
APA-nın məlumatına görə, həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.
 
Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6970
GBP 1 İngilis funt sterlinqi 2.1809
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.6042
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.8939
CHF 1 İsveçrə frankı 1.7388
USD 1 ABŞ dolları 1.7020