• cümə, 29 Mart, 11:20
  • Baku Bakı 5°C

İslamiada: Lunyovdan 5-ci qızıl, Nəsirovadan 2-ci medal

17.05.17 14:20 949
İslamiada: Lunyovdan 5-ci qızıl, Nəsirovadan 2-ci medal
Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, snayperimiz 10 m pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birlikdə hamıdan dəqiq olub.
Lunyov-Nəsirovadan ibarət heyət omanlı cütlüyü qabaqlayaraq, yarışı 1-ci pillədə tamamlayıb. Bürünc medala isə İran idmançıları yiyələniblər.
Qeyd edək ki, Ruslan Lunyov bundan öncə 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma, həmçinin standart tapança ilə atəş açma və 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda qızıl medal əldə etmişdi. Nigar Nəsirova isə dünən 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub.
banner

Oxşar Xəbərlər