• çərşənbə axşamı, 19 mart, 08:51
  • Baku Bakı 8°C

İslamiada ilə bağlı akkreditasiya olunacaq şəxslərin dairəsi müəyyənləşib

25.04.17 15:10 1026
İslamiada ilə bağlı akkreditasiya olunacaq şəxslərin dairəsi müəyyənləşib
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı akkreditasiya olunacaq şəxslərin dairəsi müəyyənləşib.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin "IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərarında əksini tapıb.
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı akkreditasiya olunacaq şəxslərin dairəsinə aşağıdakılar daxildir:
- idmançılar, iştirakçı dövlətlərin Milli Olimpiya komitələrinin inzibati heyətləri və həmin təşkilatların dəvət etdiyi digər şəxslər;
- beynəlxalq idman federasiyalarının nümayəndələri və həmin təşkilatların dəvət etdiyi digər şəxslər, xüsusilə federasiya və təşkilatların rəhbərləri, baş katibləri, sponsorları, texniki işçiləri, hakimləri, münsiflər heyətinin üzvləri, hakimlər, arbitrlər, texniki heyət və digər dəvətli şəxslər;
- mətbuat, televiziya və digər yayım orqanlarının nümayəndələri;
- IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi (bundan sonra - İHOTK) ilə əmək münasibətlərində olan şəxslər, könüllülər, İHOTK ilə mülki-hüquqi münasibətlərdə olan fiziki və hüquqi şəxslərin İHOTK-yə xidmət göstərən işçiləri, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin İHOTK-yə xidmət göstərən işçiləri, Oyunların keçirilməsi və təşkili üzrə fəaliyyət göstərəcək dövlət qurumlarının əməkdaşları;
- İslam Həmrəyliyi İdman Federasiyasının üzvləri və işçiləri, Federasiyanın özünün dəvət etdiyi şəxslər və həmin təşkilatın digər dəvətli nümayəndələri;
- Azərbaycan Respublikasının Prezidenti, İHOTK-nin sədri, habelə onların dəvət etdikləri digər şəxslər, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
- IV İslam Həmrəyliyi Oyunlarının təşkilində iştirak edən digər təşkilat və şəxslər, xüsusilə gələcəkdə keçirilməsi nəzərdə tutulan analoji oyunların təşkilat komitələrinin müşahidəçiləri, xarici ölkələrin idman nazirləri, dövlət və hökumət başçıları - onları müşayiət edən şəxslər, mühafizəçilər, diplomatik missiyaların başçıları, iştirakçı idman komandalarının tibb heyətləri;
- IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə və təşkilinə dəstək verilməsi ilə bağlı İHOTK ilə əməkdaşlıq haqqında sazişi bağlamış hüquqi və fiziki şəxslər və onların dəvət etdikləri digər şəxslər;
- İHOTK tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi məqsədləri ilə bağlı dəvət edilən digər şəxslər.
banner

Oxşar Xəbərlər