• çərşənbə axşamı, 23 aprel, 11:45
  • Baku Bakı 20°C

İslamiada: Elxan Məmmədov və İrina Kindzerska finala yüksəlib

14.05.17 12:30 1321
İslamiada: Elxan Məmmədov və İrina Kindzerska finala yüksəlib
Elmar Qasımov İslamiadada ilk qələbəsini qazanıb
Bu gün "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycanın iki idmançısı finala çıxıb.
APA-nın məlumatına görə, mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronun ardından əlcəzairli Sonya Aselanı da ipponla məğlub edərək həlledici görüşə vəsiqə əldə edib.
İdmançının finaldakı rəqibi türkiyəli Kayra Sayıt olacaq.
Kişilərin yarışında 100 kiloqram çəkidə çıxış edən sonuncu Avropa çempionu Elxan Məmmədov da finala yüksəlib. Yarımfinalda Özbəkistan təmsilçisi Viktor Demyanenko üzərində təmiz qələbə əldə edən E. Məmmədov finala adını yazdırıb.
banner

Oxşar Xəbərlər