• cümə axşamı, 28 mart, 18:48
  • Baku Bakı 13°C

İslamiada: Cüdoçu Elxan Məmmədov qızıl medal qazanıb

14.05.17 20:46 1413
İslamiada: Cüdoçu Elxan Məmmədov qızıl medal qazanıb
Bu gün Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə təmsilçimiz Elxan Məmmədov ölkəmizin aktivinə növbəti qızıl medalı yazdırıb.
APA-nın məlumatına görə, 100 kiloqram çəki dərəcəsində kişilərin yarışının finalında Azərbaycanın iki titullu cüdoçusu - Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov ilə dünya və Avropa çempionu Elxan Məmmədov üz-üzə gəliblər. Rəqibini ipponla məğlub edən Elxan Məmmədov "Bakı-2017”nin çempionu olub.
Elxan Məmmədov 2010-cu ildə Yaponiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb. O, 2004-cü, 2009-cu, 2010-cu illərdə üç dəfə Avropa çempionatının üçüncüsü olub. 2008-ci ildə Portuqaliyada təşkil olunan qitə çempionatında gümüş medala layiq görülüb. Bundan əlavə, "World Master" və digər yarışlarda da mükafatçılar sırasında yer alıb, dünya və Avropa çempionatlarının qızıl medallarını qazanıb.
banner

Oxşar Xəbərlər