• şənbə, 20 Aprel, 16:09
  • Baku Bakı 23°C

İslamiada çərçivəsində İstiqlal Muzeyində iki sərgi açılacaq

24.04.17 11:15 1358
İslamiada çərçivəsində İstiqlal Muzeyində iki sərgi açılacaq
Mayın 19-da Azərbaycan İstiqlal Muzeyində "Azərbaycan İslam abidələri” adlı sərgi açılacaq.
AZƏRTACxəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçəcək.
Bundan başqa, mayın 21-də muzeydə "İslam: sülh və birlik” adlı sərgi də açılacaq. Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət ekspozisiyanın nümayiş olunacağı sərgi bir həftə davam edəcək.
Hər iki sərgiyə paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olacaq əcnəbilər də baxa biləcəklər.
banner

Oxşar Xəbərlər