• çərşənbə axşamı, 23 aprel, 21:00
  • Baku Bakı 20°C

İslamiada: Azərbaycanın 4 cüdoçusu finala yüksəlib

14.05.17 13:45 1013
İslamiada: Azərbaycanın 4 cüdoçusu finala yüksəlib
Bu gün Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında finala yüksələn Azərbaycanın idmançılarının sayı 4 nəfərə çatıb.
APA-nın məlumatına görə, Elxan Məmmədovdan və İrina Kindzerskadan sonra Məmmədəli Mehdiyev ilə Elmar Qasımov da həlledici görüşdə iştirak hüququ qazanıblar.
Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində M. Mehdiyev ikinci qələbəsini qazanaraq finala yüksəlib. Cüdoçumuz finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə üz-üzə gələcək.
"Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da ona bəslənilən ümidləri doğruldub. Yarımfinalda əlcəzairli Lyes Buyakubdan aşkar üstün olan E. Qasımov rəqibini ipponla məğlub edib. E. Qasımov finalda ölkəmizin digər təmsilçisi E. Məmmədov ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər