• cümə axşamı, 28 mart, 15:47
  • Baku Bakı 16°C

İslamiada: Azərbaycanın 12-ci, Ruslan Lunyovun 2-ci qızıl medalı

14.05.17 18:15 1079
İslamiada: Azərbaycanın 12-ci, Ruslan Lunyovun 2-ci qızıl medalı
Bu gün "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə Azərbaycan idmançısı Ruslan Lunyov özünün ikinci, ölkəmizin 12-ci qızıl medalını qazanıb.
APA-nın məlumatına görə, R. Lunyov atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş açma yarışının qalibi olub.
R. Lunyov ən yüksək nəticə göstərərək qızıl medala sahib olub. Gümüş medalın sahibi Türkiyə idmançısı Murad Kılıç, bürünc mükafatı sahibi isə Oman atıcısı Səid Əl Haşimi olub.
Qeyd edək ki, Azərbaycan yığma komandasına "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açma yarışında hamıdan dəqiq olub - (581-25 xal).
banner

Oxşar Xəbərlər