• cümə axşamı, 28 mart, 19:09
  • Baku Bakı 13°C

İslamiada: Azərbaycan taekvondoçuları daha iki qızıl medal qazanıb

17.05.17 20:17 1117
İslamiada: Azərbaycan taekvondoçuları daha iki qızıl medal qazanıb
IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, 5 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar.Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb.

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq) İslamiadanı qızıl medalla başa vurublar.

Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran), Patimat Abakarova isə qazaxıstanlı Aynur Yasbergenovanı məğlub edib.

Qeyd edək ki, ötən gün Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.
banner

Oxşar Xəbərlər