• cümə, 19 Aprel, 10:27
  • Baku Bakı 13°C

İslamiada: Azərbaycan növbəti medalını qazanıb

13.05.17 18:58 1003
İslamiada: Azərbaycan növbəti medalını qazanıb
May 12-22-də Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət - 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova və Gülçin Əlizadə təmsil edib.
Gülçin Əlizadə birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. O, təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Gülçin bu çəki dərəcəsində 4-cü yeri tutub.
Səbinə Əzimova birdən qaldırma hərəkətində 75 kq-ın öhdəsindən gəlib. 17 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 101 kq-ı ram edib.
Toplam 176 kq (75+101) nəticə göstərən Səbinə Əzimova bu çəki dərəcəsində 3-cü yerə çıxıb və İslam Oyunlarında ilk medalımızı qazanıb.
Qeyd edək ki, bu gün Elmir Alıyevlə (56 kq) Mərziyyə Məhərrəmova (48 kq) da yarışa qatılıb. Onlar müvafiq olaraq, 233 kq (103 + 130) və 151 kq (66 + 85) çəkini rəam ediblər. Hər 2 idmançımız 6-cı yeri tutub.
banner

Oxşar Xəbərlər