• cümə, 26 Aprel, 16:27
  • Baku Bakı 23°C

İslam Hərbi Koalisiyası ABŞ-la birgə İraq və Suriyada hərbi əməliyyatlar aparacaq

15.01.17 19:19 1094
İslam Hərbi Koalisiyası ABŞ-la birgə İraq və Suriyada hərbi əməliyyatlar aparacaq
Səudiyyə Ərəbistanının formalaşdırdığı İslam Hərbi KoalisiyasıSuriyavə İraqda İŞİD terrorçuları ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi alyans ilə səylərini birləşdirməyə hazırdır.
APA-nın məlumatına görə, bunu "Sky News Arabia” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının müdafiə nazirinin məsləhətçisi general Əhməd Asiri bəyan edib.
Ə.Asiri deyib ki, İslam Hərbi Koalisiyası növbəti mərhələdə Rakka və Mosulda İŞİD-in məhv edilməsində iştirak edəcək.
Qeyd edək ki, Ə. Asirinin bu bəyanatı Ər-Riyadda ABŞ-ın rəhbərlik etdiyi alyansın üzvü olan 14 ölkənin qərargah rəislərinin görüşünün keçirilməsi fonunda səslənib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2015-ci il dekabrın 15-də İslam Hərbi Koalisiyasının yaradıldığını elan edib. İŞİD və qlobal terrorizmə qarşı yaradılan bu hərbi bloka 34 müsəlman ölkəsi daxildir. Yeni struktura Pakistan Quru Qoşunlarının sabiq komandanı general Rahil Şərif başçılıq edir.
banner

Oxşar Xəbərlər