AZE | RUS | ENG |

“İslam həqiqətin dərkidir”

“İslam həqiqətin dərkidir”
Özbəkistan Milli İnformasiya Agentliyi Şeyxülislam Allahşükür Paşazadənin məqaləsini yayıb

Özbəkistan Milli İnformasiya Agentliyi (UzA) Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadənin rus dilində "İslam həqiqətin dərkidir” sərlövhəli məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə dünyada tanınmış özbək ilahiyyatçı alim Şeyx Məhəmməd Sadıq Məhəmməd Yusifin həyatı və fəaliyyəti, teoloq alim kimi yazdığı kitablar haqqında ətraflı söhbət açılır. Materialda bildirilir ki, Daşkənddə Şeyx Məhəmməd Sadıq Məhəmməd Yusifin adına "Vəqf” Xeyriyyə Fondu yaradılıb, onun şərəfinə kompleks tikilib.
Yazıda özbək ilahiyyatçı alimin müsəlman dünyasında böyük nüfuz sahibi olduğu vurğulanır. Qeyd edilir ki, Özbəkistanın çətin günlərində şeyx sülh və sabitlik üçün nə lazımsa edib, İslamın tam anlaşılması üçün illərlə əhali arasında maarifləndirmə işi aparıb. O, "Açıq məktub” adlı kitabında İslamın dünya dini olduğunu yazıb.
Məqalədə Şeyx Məhəmməd Sadıq Məhəmməd Yusifin kitablarının Özbəkistanda və İslam dünyasında məşhur olduğu da diqqətə çatdırılır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976