• cümə, 26 Aprel, 17:24
  • Baku Bakı 23°C

“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri”

23.08.17 22:06 1107
“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri”
Şəmkir rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi məsələlər üzrə şöbənin müdiri Fəxrəddin Vəliyev, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev və şöbənin əməkdaşları, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Şəmkir RPŞ-nin rəis müavini Yaşar Hüseynov, rayon prokurorunun köməkçisi İlham Salimov, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev maarifləndirmə məqsədilə keçirilən seminar-müşavirənin əhəmiyyətindən danışıb, rayonda qeydiyyatdan keçən dini icmalara fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısının müavini dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Qeyd edib ki, dini-etiqad azadlığının təmin olunması, rayonda dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin ölkəmizdə "Islam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə, eyni zamanda məzhəblər arasında dini tolerantlığın qorunması, həmrəyliyin təmin edilməsi və dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən silsilə tədbirlərin əhəmiyyətinə toxunub. Sədrin birinci müavini Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı istiqamətində bütün zəruri addımların atıldığını qeyd edib. Bu istiqamətdə dina icmalara fəal olmağı tövsiyə edib.
Sonra mövzu ətrafında çıxış edən Şəmkir RPŞ-nin rəis müavini Yaşar Hüseynov rayondakı sabit dini durum haqqında danışıb.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər