• cümə axşamı, 18 aprel, 06:46
  • Baku Bakı 12°C

“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-treninq keçirilib

21.07.17 15:20 713
“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-treninq keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafada "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov, din xadimləri, dini icma sədrləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirəni giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq bildirib ki, rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi, rayonda fəaliyyət göstərən dini icmalarla işin təşkili, dini ibadət və mərasimlərin keçirilməsi sahəsində mühüm təcrübə əldə edilib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin ölkəmizdə "Islam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə, eyni zamanda məzhəblər arasında dini tolerantlığın qorunması, həmrəyliyin təmin edilməsi və dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi sahəsində Dövlət Komitəsi tərəfindən həyata keçirilən silsilə tədbirlərin əhəmiyyətinə toxunub. Səyyad Salahlı keçirilən tədbir və layihələrin əsas məqsədinin yeniyetmə və gənclər arasında dini maarifləndirmə işinin aparılması olduğunu vurğulayıb.
Digər çıxışlarda ölkə rəhbərliyi səviyyəsində İslama, onun mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqadın mövcud olduğu, Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı istiqamətində bütün zəruri addımların atıldığı qeyd olunub.
banner

Oxşar Xəbərlər