• cümə axşamı, 28 mart, 22:40
  • Baku Bakı 13°C

İslam Həmrəyliyi Oyunlarında əsas televiziya yayım xidmətlərini təmin edəcək qurumun adı açıqlanıb

01.02.17 15:20 1126
İslam Həmrəyliyi Oyunlarında əsas televiziya yayım xidmətlərini təmin edəcək qurumun adı açıqlanıb
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Bakı-2017 İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayım xidmətini təmin etmək məqsədi ilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb.
MərkəzdənAPA-ya verilən məlumata görə, İslam dünyasının idman azarkeşləri 2017-ci il 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını televiziya və elektron vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər.
İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən yaradılan və İslam xalqları arasında idman və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönələn bu oyunlarda 20 idman növündə, 24 kateqoriya üzrə 50 iştirakçı ölkə idmançıları mübarizə aparacaq.
Müqaviləyə əsasən Bakı Media Mərkəzi oyunların 80 saatdan çox yayımını həyata keçirəcək. Proqrama əsasən oyunların yayımından öncə hər biri 5 dəqiqə olmaqla, 3 video çarx təqdim olunacaq.
İdman yarışlarına gəldikdə isə müqaviləyə əsasən futbol yarışlarının hər qrup oyunları, yarım finalları və final mərhələsi canlı yayımlanacaq. Bakı Media Mərkəzi həmçinin Açılış və bağlanış mərasimlərinin işıqlandırılmasını da təmin edəcək. Eyni zamanda, Bakı Media Mərkəzi gün ərzində baş tutan yarışların ən parlaq və yaddaqalan məqamlarına dair 54 dəqiqəlik proqramı və 5 dəqiqəlik "Xəbər” proqramını təqdim edəcək.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yekununa dair Oyunların nəticələrini və əsas məqamları özündə əks etdirən iki saatlıq proqram da qurum tərəfindən yayımlanacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzi Bakıda yerləşən innovativ Azərbaycan şirkətidir. Audiovizual sahə üzrə bir çox xidmətlər təmin edərək iki əsas istiqamət - video və yayım prodakşn əməliyyatı üzrə ixtisaslaşıb.
banner

Oxşar Xəbərlər