• çərşənbə axşamı, 16 aprel, 14:28
  • Baku Bakı 19°C

İslam Həmrəyliyi Oyunları: Daha 2 medal və 6-cı yer!

26.09.13 14:17 1907
İslam Həmrəyliyi Oyunları: Daha 2 medal və 6-cı yer!
İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları daha 2 medal qazanıblar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər iki medala ağırlıqqaldıranlarımız layiq görülüb.
77 kq çəki dərəcəsində yarışan Əfqan Bayramov birdən 138 kq, təkanla 182 kq ağırlığın öhdəsindən gəlib və iki hərəkətin cəmində 320 kq nəticə ilə gümüş medala sahib olub.
Ardından 85 kq çəkidəki Namiq Cəmilov “körpücük” üzərinə çıxıb. O, birdən 151 kq, təkanla 177 kq ağırlıq qaldıraraq, ümumi nəticədə 328 kq göstərici ilə bürünc medal qazanıb.
Bununla da, Azərbaycan idmançılarının aktivindəki medalların sayı 11-ə yüksəlib. 3 qızıl, 5 gümüş və 3 bürünc medala malik komandamız ümumi hesabda 6-cı yerdədir.
banner

Oxşar Xəbərlər