• çərşənbə axşamı, 19 mart, 07:19
  • Baku Bakı 8°C

“İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib - Fotolar

25.04.17 18:16 1036
“İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib - Fotolar
Bakı Dövlət Universitetində "İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib. Giriş sözü ilə çıxış edənrektor, akademikAbel Məhərrəmov Prezident İlham Əliyevin2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edib. Akademik Abel Məhərrəmov son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparıldığını, sovet dövründə dinlə bağlı sərt qadağaların mövcud olduğunu, Azərbaycanda 20-dək məscidin fəaliyyət göstərdiyi halda hazırda onların sayının 2000-i ötdüyünü, həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğunu xatırladıb.

Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın, o cümlədənbölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.

Qeyd edək ki, işini 6 bölmə üzrə davam etdirəcək konfransda 200-dən çox məruzə dinləniləcək.

banner

Oxşar Xəbərlər