AZE | RUS | ENG |


İslam həmrəyliy oyunları və İslam Həmrəyliyinin Azərbaycan modeli

İslam həmrəyliy oyunları və İslam Həmrəyliyinin Azərbaycan modeli
Bildiyimiz kimi,  4-cü İslam Həmrəyliy oyunları bu il ölkəmizdə təşkil ediləcəkdir. Artıq bu oyunlara sayılı günlər qalmaqdadır. Təbii ki, bu oyunların bizim ölkəmizdə keçirilməsi İslam dünyasının Azərbaycana verdiyi dəyəri bir daha təsdiq edir.

2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin paytaxtı elan edilməsi, Azərbaycanın həm İslam Əməkdaşlıq təşkilatının, həm də İSESKO-nın fəaliyyətində uğurla iştirak etməsi, 2018-ci il üçün Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ölkəmizin İslam aləmində əvəzedilməz rol oynadığını göstərir. İslam Həmrəyliy oyunları İslam Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin iştirakı ilə keçirilir. Onu da vurğulamaq istərdim ki, bu oyunlarda təkcə müsəlmanlar deyil, eyni zamanda İslam Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin müsəlman olmayan vətəndaşlarının da iştirakına icazə verilir. Bu, İslam həmrəyliyi oyunlarının dinindən asılı olmayaraq insanlara qarşı nə qədər tolerant, humanist yanaşdığını göstərir. Lakin İslam həmrəyliyi tək idman sferasında deyil, sosial, iqtisadi, mədəniyyət, elm və texnika, insan hüquqları, informasiya və digər beynəlxalq məsələlərdə də müsəlmanların birliyini tələb edir. 

Demokratik prinsiplərə və hüququn üstünlüyünə əsaslanan İslam həmrəyliyinin yaradılması İslam dünyasının mövcud problemlərinin həllində çox əhəmiyyətli bir addım ola bilər. İslam həmrəyliyinin yaradılmasında başlıca məqsədlərdən biri, deyərdim ki, birincisi insanların təməl hüquq və azadlıqlarının təmin edilməsidir. İslam istər müsəlman ölkələrində, istərsə də bütün dünyada insanların hüquq və azadlıqlarının bərabər şəkildə təmin edilməsini istəyir. Təbii ki, haqsızlıqların aradan qaldırılması, insan hüquqlarının təminatı İslam həmrəyliyinin birinci hədəfidir. İslam həmrəyliyinin yaradılmasında ikinci başlıca məqsəd İslama qarşı edilən, yaxud edilə biləcək təhlükələrin qarşısının alınmasıdır. İslam həmrəyliyinin formalaşdırılmasında digər başlıca məqsəd iqtisadi gücün artırılmasıdır. İqtisadi əməkdaşlıq həm ölkələrin sabitliyi, həm də inkişaf baxımından olduqca əhəmiyyətlidir. Müsəlman ölkələrin əksəriyyəti geoloji baxımından neft və qaz ehtiyatları olmaqla, zəngin enerji qaynaqlarına malikdirlər. İslam dünyasında olan varlı və yoxsul ölkələr arasındakı fərqin aradan qaldırılması əsas müzakirə predmetidir. Bu məsələdə daha zəngin İslam ölkələrinin kasıb ölkələrin iqtisadiyyatına investisiyalar yatırması, ortaq layihələrin reallaşdırılması mühüm bir addım olacaqdır. Belə olduqda, ölkələr həm bir-birlərinin təcrübələrindən istifadə edəcək, həm də kapital qoyulan sahələr hər iki tərəfin iqtisadiyyatının gəlir mənbəyinə çevriləcək. Nəticədə müsəlmanların rifah səviyyəsi və yaşayış standartı yüksələcək, İslam ölkələri arasındakı bərabərsizliklər aradan qaldırılacaq.

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam həmrəyliyi ili” elan edilməsinin ölkəmiz üçün çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti vardır. Bu tarixi Sərəncamla Azərbaycan öz milli-mənəvi dəyərlərinə bağlılığını göstərməklə yanaşı, eləcə də çağdaş ölkə kimi gələcəyə qardaşlıq körpüsü salır. Azərbaycanın müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi ölkəmizdə dini həmrəyliyin hökm sürdüyünü bir daha dünyaya çatdırmış olacaq. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün dünyada müsəlmanlar arasında birlik və həmrəyliyin möhkənlənməsinə kömək edəcəkdir.
 
Azərbaycan dünyaya tolerantlıq modelini təqdim edir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
 
Aygül Ağayeva
DQİDK-nın əməkdaşı 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007