• şənbə, 20 Aprel, 02:24
  • Baku Bakı 15°C

“İslam Dövləti” yezidlərə divan tutdu: 80 kişi öldürüldü, 100 qadın oğurlandı

16.08.14 10:17 887
“İslam Dövləti” yezidlərə divan tutdu: 80 kişi öldürüldü, 100 qadın oğurlandı
“İslam Dövləti” qüvvələri İraqın şimalında yezidlərin kompakt yaşadığı kəndə hücum edərək 80 kişini amansızcasına qətlə yetirib, 100 qadını oğurlayıblar.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yaşayış məntəqəsi Sincar dağ silsiləsindən 20 km aralıda yerləşir və uzun müddət silahlıların hücumuna məruz qalıb. Məlumata görə, oğurlanmış qadınlar silahlılar tərəfindən “İslam Dövləti”nin nəzarəti altında olan Mosul və Təl-Afar şəhərlərinə gətirilib.
İraq Kürdüstanın nümayəndəsi Hoşiyar Zibarinin “Röyters”ə bildirdiyinə görə, ezidlərin islamı qəbul etməkdən imtina etməsi kütləvi edama səbəb olub.
banner

Oxşar Xəbərlər