• şənbə, 27 Aprel, 07:34
  • Baku Bakı 12°C

“İslam Dövləti” amerikalı jurnalisti edam etdi

20.08.14 10:33 833
“İslam Dövləti” amerikalı jurnalisti edam etdi
“İslam Dövləti” qruplaşmasının silahlıları Suriyada girov götürülən amerikalı jurnalistin edam səhnəsini əks etdirən videoçarxı internetdə yayıblar
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bir çox sosial şəbəkələrdə bu video “Amerika üçün məktub” adı altında yerləşdirilib.
Qeyd edək ki, 40 yaşlı jurnalist Suriyada 2012-ci ilin noyabrın 22-də itkin düşüb.
Terrorçular, həmçinin, daha bir amerikalı jurnalistin edam ediləcəyini vəd ediblər.
“Daha bir amerikalının həyatı indi Obamanın addımlarından asılıdır”, deyə videoçarxdakı terrorçulardan biri deyib.
Onun sözlərinə görə, girovluqda saxlanılan bu amerikalı TIME magazine dərgisinin müxbiri Stiven Sotloffdur.
banner

Oxşar Xəbərlər