AZE | RUS | ENG |

İslahatların içərisində yer alan kino

İslahatların içərisində yer alan kino
2000-ci ildə Prezident Heydər Əliyevin imzaladığı sərəncamla  avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi rəsmiləşdirilib. Bu il  avqustun 2-si Azərbaycan kinosunun 121 yaşı tamam oldu. Biz də  sənət adamları ilə söhbətdə Azərbaycan kinosunun bu gününü  dəyərləndirməyə çalışdıq.
 
Xalq artisti Nurəddin Mehdixanlı bildirdi ki, bu gün Azərbaycan kinosuna dövlət tərəfindən kifayət qədər diqqət, qayğı var: "Bütün ömrünü, həyatını, sağlamlığını bu sənətə sərf etmiş insanlarımızı ürəkdən təbrik edir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Bilirsiniz ki, Azərbaycan kinosunun inkişafına böyük maliyyə vəsaiti ayrıldı. Bu gün Azərbaycan kinosunda çalışanlar eyni qayğı və diqqətə cavab olaraq uğurlu işlər ərsəyə gətirirlər. Kino sahəsində müəyyən işlər gedir və mən inanıram ki, gələcəkdə kinomuz daha da sürətlə irəliləyəcək. O ki qaldı bugünkü Azərbaycan kinosunun vəziyyətini qiymətləndirməyə, təbiətdə qabarma, çəkilmə halları olduğu kimi, sənətdə də bir də görürsünüz ki, ildırım sürəti ilə irəliləmə, sonra bir dayanma, enmələr və yenidən toparlanıb qalxmalar baş verir. Bunlar hər kəs tərəfindən təbii qəbul edilir.  Ona görə də, hesab edirəm ki, müəyyən zaman kəsiyində müxtəlif hadisələr baş verdi. Uzun müddət müstəqilliyimiz uğrunda savaş getdi. Böyük SSRİ imperiyasının tərkibindən çıxıb müstəqil dövlət olduq. Müstəqil dövlətimiz iqtisadi, hərbi cəhətdən kifayət qədər problemlərlə qarşılaşdı. Artıq Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Bütün sahələr kifayət qədər inkişaf gedir, ciddi addımlar atılır, islahatlar keçirilir. Teatr, kino sahəsi də bu islahatların içərisində yer alır. Bilirəm ki, zaman keçdikcə hər şey daha yaxşı olacaq. Azərbaycan heç vaxt istedadlardan xaliq olmayıb. Kkifayət qədər istedadlı rejissorlarımız, aktyorlarımız var. Və mən belə hesab edirəm ki, qarşıda bizi daha gözəl günlər və uğurlu işlər gözləyir”.
 
Kinorejissor və ssenarist Şamil Əliyev bizimlə söhbətində Azərbaycan kinosunun tarixinə nəzər saldı: "Bildiyimiz kimi, Azərbaycan kinosu bir neçə mərhələdən keçib: Sovet dövründən əvvəlki mərhələ, sovet dövrü və müstəqillik dövrü. Bu mərhələlərin hər birində  Azərbaycan kinosunun çox lazımlı tarixi əhəmiyyətə malik olan nümunələri var. Kino haqqında fikir bildirəndə Azərbaycan kinosunun müstəqillik dövründən sonrakı kino sənayesinin qurulması haqqında düşünməliyik. Biz bilirik ki, sovet dövründə Azərbaycan kinosu SSRİ kino sənayesinin tərkib hissəsi idi. Yəni hər şey mərkəzdən – Moskvadan idarə olunurdu və eyni ideologiya əsasında qurulurdu. Müstəqil olandan sonra artıq Azərbaycanın öz məfkurəsi, ideologiyası, dövlət quruculuğu formalaşdı. Bu proseslər çox şeyə təsir etdi. Demək olar ki, köhnə kino sistemi dağıldı. İllərlə qurulmuş sovet ideologiyasına xidmət edən uğurlu kino nümunələri var idi ki, hələ sovet dövründə dünya kinosunun tarixində iz qoymuşdular. Müstəqillik dövrünə gələndə isə artıq sənayemizi özümüz qurmaq məcburiyyətində qaldıq. Bilirsiniz ki, kino sənayesini qurmaq elə də asan məsələ deyil. Azərbaycan nəinki kino sahəsində, bütün sahələrdə öz müstəqilliyini qurdu. Artıq kino sənayemizi özümüz qurmaq məcburiyyətində qaldıq. Bugünkü reallıq da bunu göstərir  ki, biz fikrən kino sənayesini qurmaq əzmindəyik. Amma, hələ ki, bu sahədə  ilk addımlarımızı atırıq. Ümidvaram ki, bizi hələ irəlidə çox böyük işlər gözləyir”.
 
 Fidan Salmanova
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056