AZE | RUS | ENG |

İslahatlar makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına zəmin yaradır

İslahatlar makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına zəmin yaradır
Qeyri-neft sektorunda aparılan islahatlar makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına zəmin yaradır.
Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasın yekunlarının yeni iqtisadi çağırışlar kontekstində Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişaf üçün yeni hədəflərin müəyyənləşdirdiyini qeyd edib: "Bu isə ondan xəbər verir ki, ölkəmizdə həyata keçirilən islahatlar sistemli və mərhələli şəkildə davam etdirilir. Dövlət başçısının qeyd etdiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Ötən il üçün müəyyənləşdirilən hədəflərə tam nail olunub. 2018-ci ildə əldə edilən uğurlar bu il sürətli iqtisadi artımın əldə edilməsi üçün xüsusi təməl formalaşdırmaqdadır”.
"Ötən ilin iqtisadi yekunlarının təhlili göstərir ki, Azərbaycan 2018-ci ildə bütün makroiqtisadi göstəricilərdə artıma nail ola bilib. Qlobal neft bazarında volatilliyin yüksək olduğu bir dövrdə Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanması və xüsusən də qeyri-neft sənayesindəki sürətli artım müsbət qiymətləndirilməlidir. Müşavirədə qeyd olunan göstəricilər bir daha təsdiq edir ki, iqtisadi sahədə tendensiya müsbətdir”, - deyə V.Bayramov əlavə edib.
Diqqətçəkən əsas məqamlardan birinin inkişafın daha çox qeyri-neft sektoru hesabına baş verməsi olduğunu vurğulayan iqtisadçı ekspert deyib: "2018-ci ildə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru üzrə artımlar ümumi iqtisadi artımları üstələdi. Qeyri-neft ÜDM-ni ümumi daxili məhsulla, qeyri-neft sənayesini sənayedəki artımla müqayisə etsək böyük fərq var. Bu, ötən il qeyri-neft sektorunun daha çox və proqnozlaşdırılandan artıq inkişaf etdiyindən xəbər verir. Qeyri-neft sənayesindəki artım bir daha təsdiq edir ki, qeyri-neft sənayesi və qeyri-neft sektoru artım faizi baxımından aparıcı mövqeyini qoruyub saxlayıb. Bu baxımdan 2018-ci il bütün əsas makroiqtisadi göstəricilərdə artımın qorunub saxlanması, eyni zamanda, artım tempinin keyfiyyət baxımından yenilənməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı imkanların artırılması kimi yadda qaldı. Müşavirədə qeyd olunduğu kimi, sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz çoxalıb. Bu isə o deməkdir ki, sənayedə artım daha çox qeyri-neft sektorunun inkişafı nəticəsində baş verib. Bütün bunlar ötən il iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflərə nail olunduğundan xəbər verir”.
Qeyri-neft sektorundakı artımın yüksək olmasının, iqtisadiyyatın və iqtisadi tempin dayanıqlılıq göstərməsinin əsas faktorlardan biri olduğunu deyən V.Bayramov diqqətə çatdırıb ki, ötən il həm ÜDM, həm sənaye istehsalı üzrə qeyri-neft sektorunda artım daha çoxdur. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunduğu kimi sənayeləşmə ölkəmiz üçün prioritet olaraq qalmaqdadır. Sənaye parklarının formalaşdırılması və dövlətin bu istiqamətdəki dəstəyi xüsusən 300-dən çox investisiya təşviqi sənədinin verilməsi yerli investisiyanın sənayeyə cəlb edilməsi baxımından əhəmiyyətli olub. Bu da iqtisadi artımın dayanıqlılığını şərtləndirən əsas amildir.
Ekspert qeyd edib ki, müşavirədə dövlətimizin başçısı 2018-ci ildə valyuta ehtiyatlarımızın 3 milyard dollar artdığını deyib: "Ötən il həyata keçirilən dərinləşmiş iqtisadi islahalar, o cümlədən fiskal konsildasiya tədbirləri nəticəsində valyuta ehtiyatları 45 milyard dollara çatıb. Strateji valyuta ehtiyatlarındakı artım sığorta yastığının formalaşdırılmasında vacib rola malikdir. İclasda qeyd olunub ki, növbəti dövrdə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq. Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığın aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək. Çünki neftdən asılılığın azaldılması Azərbaycan üçün prioritet məqamlardan biridir. Bütövlükdə, qeyri-neft sektorunda aparılan islahatlar nəticə etibarı ilə makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına zəmin yaradır və nəticədə qeyri-neft sektorunda dayanıqlı inkişaf müşahidə edilir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917