• cümə, 19 Aprel, 21:55
  • Baku Bakı 24°C

“İslahatlar Azərbaycanın idarəçilik sistemində çevikliyi gücləndirəcək”

15.01.19 13:21 384
“İslahatlar Azərbaycanın idarəçilik sistemində çevikliyi gücləndirəcək”
"Ciddi islahatların aparılmasıAzərbaycanın idarəçilik sistemində çevikliyi gücləndirəcək, operativliyi daha da artıracaq, müasir çağırışlara uyğunluğu təmin edəcək”.
Bunu "Report”a açıqlamasındaMilli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədriFəzail Ağamalıdeyib.
O xatırladıb ki, ötən həftəPrezidentİlham ƏliyevNazirlər Kabinetinin iclasında bu il üçün idarəetmə sistemində ciddi islahatların aparılmasının anonsunu vermişdi: "Bir neçə gün keçdikdən sonra ölkə başçısının söylədiyi fikirlərin konkret nəticələrini özündə ehtiva edən fərmanlar imzaladığının şahidi olduq. Hesab edirəm ki, bu, davamlı olacaq və sistemli xarakter daşıyacaq. Artıq bir neçə qurum, adı olan, lakin fəaliyyəti görünməyən, dövlətçiliyə bu və ya digər şəkildə xidmət göstərə bilməyən strukturlar ləğv edildi. Bir sıra lokal şəkildə fəaliyyət göstərən qurumların daxilindəki strukturlar birləşdirildi”.
Deputat Fəzail Ağamalıqeyd edib ki, Azərbaycanda əldə edilən uğurların ən başlıca səbəblərdən biri ölkə başçısı tərəfindən idarəçilik sistemində mükəmməlliyin təmin edilməsidir: "Xatırladım ki, Prezident İlham Əliyev 2003-cü ildə ölkə başçısı seçildikdən sonra bir neçə nazirlik yaradıldı, bəziləri birləşdirildi. Bu günə qədər dünyada gedən proseslərin məntiqindən doğan çağırışların mahiyyətinə uyğun olaraq Azərbaycanı davamlı inkişaf ölkəsinə çevirmək kimi böyük layihələrin reallaşmasının ən vacib şərtlərindən biri kimi ölkə başçısının idarəçilik sisteminin əsas xətti olub. Proses davam edir və bundan sonra da davam edəcək”.
banner

Oxşar Xəbərlər