• cümə axşamı, 25 aprel, 17:31
  • Baku Bakı 23°C

İŞİD Türkiyə sərhədinə çatdı

04.07.14 15:52 954
İŞİD Türkiyə sərhədinə çatdı
İŞİD terror təşkilatı Suriyanın Türkiyə ilə sərhədinin bir neçə kilometrliyində yerləşən Zormağara kəndini işğal edib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının Suriyadakı qolu PYD-in nəzarətində olan Zormağara kəndi 3 gün davam edən şiddətli döyüşlərdən sonra ələ keçirilib.
İŞİD kəndin ən yüksən yerinə təşkilatın bayrağını asıb. İŞİD-in nəzarət etdiyi kənddən aralarında qadın və uşaqların da olduğu 200 nəfərdən çox insan isə sərhədə gələrək Türkiyəyə keçmək istədiklərini bildirib.
İŞİD-in Zormağara kəndini işğal etməsindən sonra Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.
banner

Oxşar Xəbərlər