• cümə, 19 Aprel, 04:27
  • Baku Bakı 18°C

İŞİD terrorçuları Suriyada 130 ailəni girov götürüblər

14.10.18 13:41 343
İŞİD terrorçuları Suriyada 130 ailəni girov götürüblər
İŞİD terror təşkilatının üzvləri şənbə günü Fərat çayının şərq sahilindəki Əl-Bəhra qaçqın düşərgəsinə hücum zamanı 130 ailənin üzvlərini girov götürüblər.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Demokratik Suriya qüvvələri" silahlı koalisiyasının nümayəndəsi Şuvan əl-Haburiyə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, onlar hücumu dəf ediblər və digər qaçqınları qoruya biliblər.
Əl-Bəhra düşərgəsi Hacin şəhərinin ətrafında yerləşir.
Bir neçə gün əvvəlSuriyada İŞİD terror təşkilatının yaraqlıları "Ən-Nüsra" terrorçularına hücum edərək iki xlor balonunuələ keçiriblər.
banner

Oxşar Xəbərlər