• cümə, 19 Aprel, 06:10
  • Baku Bakı 13°C

İŞİD söhbəti Türkiyə futbolunu qarışdırdı

16.10.14 14:20 1079
İŞİD söhbəti Türkiyə futbolunu qarışdırdı
Türkiyənin üçüncü liqasında yarışan İstanbulun "Sarıyer" komandasının baş məşqçisi Turhan Özyazanlar klubun azarkeşləri tərəfindən döyülüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb baş məşqçinin azarkeşlərin "Sarıyer"in qapıçısı Erdal Elgörmüşü komandadan qovmaq tələbinə məhəl qoymaması olub.
Belə ki, azarkeşlər qapıçının sosial şəbəkələrdə "İslam Dövləti" terror təşkilatının əlyehinə, Suriyanın Kobani şəhərinin kürd əhalisinin isə lehinə fikirlər bildirməsinə mənfi münasibət göstəriblər. Buna görə azarkeşlər klub rəhbərliyindən və baş məşqçidən əslən Diyarbəkirli olan qapıçını qovmağı tələb ediblər.
Xəstəxanaya yerləşdirilən T.Özyazanlar bildirib: "Ölkəmizdə belə şeylərin baş verməsinə görə utanıram. İnsanlar siyasi baxışlarından asılı olmayaraq bir-birinə hörmət etməlidirlər".
banner

Oxşar Xəbərlər