• cümə, 29 Mart, 02:31
  • Baku Bakı 7°C

İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

18.08.19 19:21 8018
İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terrorçu qruplaşması şənbə günü Kabildəki toyda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi bildirib.
Partlayış şənbə günü yerli vaxtla 22.40-da Kabilin şadlıq evlərindən birində baş verib. Partlayıcı qurğunu intiharçı işə salıb. Şahidlərin dediyinə görə, həmin vaxt otaqda onlarla insan olub.
Son məlumatlara görə, 63 nəfər həlak olub, 180-dən çox insan yaralanıb. Əfqanıstan prezidenti Əşrəf Qani hücumu qınayıb və həlak olanların yaxınlarına başsağlığı verib.
banner

Oxşar Xəbərlər