• cümə, 19 Aprel, 16:39
  • Baku Bakı 25°C

İŞİD Messini təhdid etdi

25.10.17 16:25 2368
İŞİD Messini təhdid etdi
Terror təşkilatı İŞİD gələn il Rusiyada təşkil ediləcək dünya çempionatı ilə bağlı təhdid mesajı yayıb.
Kaspi.az xarici mətbuata istinadən xəbər verir ki, terror təşkilatı Rusiyada stadionları partladacaqlarını bildirib. Terrorçular təhdidlərlə bağlı bir neçə foto-kollaj da yayıblar.
Bu fotolardan birində "Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi dəmir barmaqlıqlar arxasında, gözündən qanlı yaş axan yerdə təsvir edilib.
Fotolarda mundialın final oyununun keçiriləcəyi Moskvadakı "Lujniki” stadionuna baxan terrorçu da təsvir edilib.
Terrorçular fotolarla yanaşı, "bizim üçün gözləyin” mesajı da veriblər.
banner

Oxşar Xəbərlər