• cümə, 29 Mart, 01:00
  • Baku Bakı 7°C

İŞİD lideri əl-Bağdadi yaralanıb - KİV

10.06.16 14:20 977
İŞİD lideri əl-Bağdadi yaralanıb - KİV
İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və terror qruplaşmasının komandirlərindən bir neçəsi İraq-Suriya sərhədində koalisiya qüvvələri tərəfindən endirilən avizərbərlər nəticəsində yaralanıb.
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ərəb mətbuatı məlumat yayıb.
"Al Sumaria” telekanalı bildirib ki, beynəlxalq koalisiya qüvvələri İŞİD-in İraq-Suriya sərhədində yerləşən qərargahına aviazərbələr endirib.
"Əldə edilən məlumatlara görə, qərargahda olan əl-Bağdadi və bəzi İŞİD komandirləri yaralanıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, əvvəllər də İŞİD liderinin yaralanması və ölməsi ilə bağlı xəbərlər yayılmış, lakin bu xəbərlər təsdiqini tapmamışdı.
Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi İŞİD-ə 2014-cü ilin iyunundan rəhbərlik edir.
banner

Oxşar Xəbərlər