• cümə, 26 Aprel, 13:15
  • Baku Bakı 23°C

İŞİD Kəbəni dağıdacağı barədə bəyanat verdi

30.06.14 10:04 851
İŞİD Kəbəni dağıdacağı barədə bəyanat verdi
İraq İslam Şam Dövləti (İŞİD) qruplaşmasının təmsilçiləri Səudiyyə Ərəbistanını ələ keçirdikdən sonra Kəbə evinin dağıdılacağını bəyan edib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD Səudiyyə Ərəbistanının Arur şəhərini nəzarət altına almağı və buradan əməliyyatlara başlamaq niyyətindədir.
İŞİD üzvü Əbu Turab Əl-Müqəddəsi Məkkədə yerləşən Kəbə evinin dağıdılacağını deyib: «Allahın izni ilə şeyximiz Əl-Bağdadi rəhbərliyi ilə Məkkədə daşlara ibadət edənləri öldürəcəyik və Kəbəni dağıdacağıq. İnsanlar daşlara toxunmaq üçün Məkkəyə gedirlər, Allah üçün deyil».
banner

Oxşar Xəbərlər